Bakıda itkin düşən şəxs tapılıb.
Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yaşayan 1984-cü il təvəllüdlü C.Gülməmmədov oktyabrın 30-da səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində C.Gülməmmədov tapılaraq ailəsinə təhvil verilib.