İcra hakimiyyətləri ilə bağlı 7 cinayət işi başlanıb - RƏSMİ
15 yanvar 2020 11:39 (UTC +04:00)

İcra hakimiyyətləri ilə bağlı 7 cinayət işi başlanıb - RƏSMİ

“Yerli icra hakimiyyət orqanlarında olan qeyri-neqativ hallarla bağlı Baş İdarəyə müraciətlər daxil olub, araşdırma aparılıb”.

Lent.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: “Həmin cinayət işləri üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.

K. Əliyev onu da qeyd edib ki, ötən il bank kartları ilə bağlı İdarəyə 1 cinayət işi daxil olub: “İş üzrə araşdırılmalar aparılaraq istintaq başa çatdırılaraq məhkəməyə göndərilib. Ziyanın ödənilməsi tam təmin olunub və vəzifəli şəxslər məsuliyyətə cəlb edilib. Bank işləri üzrə ümumilikdə 57 şəxs barəsində 22 cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Bu əsasən fəaliyyətini dayandırmış banklarla bağlı olub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29