Ağcabədi sakinindən ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Ağcabədi rayonu, Təzəkənd kənd sakini D.Ağayev rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 15-də həmkəndlisi S.Zeynalovun ov tüfəngi ilə onu öldürəcəyi ilə hədələdiyini bildirb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.