Evlərdən oğurluq edənlər saxlanıldı
19 dekabr 2019 19:32 (UTC +04:00)

Evlərdən oğurluq edənlər saxlanıldı


Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də rayon ərazisindəki evlərin birindən 1000 dollar, 1200 manat dəyərində xəz dəri, su aparatı və televizor oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş C.Kıpçatov saxlanılıb.

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.Namazovun ətrafında Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 4 evdən təmir-tikinti alətləri,  pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar