Masallıda oğurluq hadisəsi qeydə alınıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşları oğurluq törədən şəxsin tapılması üçün birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Nəticədə noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 500 manat və 1250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şərəfə kənd sakini, əvvəllər məhkum olunmuş R.Zeynalov saxlanılıb.