Abşeronda ev qarət edilib.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.