Abşeronda oğurluq hadisəsi qeydə alınıb.
Len.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, Abşeron rayon Polis İdarəsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Paşazadə və əvvəllər məhkum olunmuş Ə.Savdumov saxlayıblar. Onların noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 3000 manat, 1500 manat dəyərində qızıl-zinət və gümüş əşyalar oğurladığı bildirilir.