Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. O, əvvəllər də bu cinayət əməllərinə görə üç dəfə həbs olunaraq səkkiz ilə yaxın müddətə məhkumluq həyatı yaşamış rayonun Barlı kənd sakini, 61 yaşlı Fərman Mirişovdur.
Polis əməkdaşlarının onun yaşadığı evə keçirdiyi baxış zamanı oradan xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri, eləcə də şüşə bankada və sellofan torbada saxlanılan, ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.