Bu ilin 11 ayında yol qəzalarında 738 nəfər dünyasını dəyişib.
Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytnantı Rüfət Quliyev açıqlama verib:
“Bu ilin 11 ayı ərzində respublikanın avtomobil yollarında 1681 yol qəzası baş verib. Nəticədə 738 nəfər dünyasını dəyişib, 1531 nəfər xəsarət alıb”.
Rüfət Quliyev 2019-cu ilin yanvar-noyabr aylarında piyada ölümlərinin statistikasını da açıqlayıb:
“2019-cu ilin yanvar-noyabr aylarında 719 piyada vurma halı qeydə alınıb. Baş verən qəzalarda 299 nəfər ölüb, 455 nəfər xəsarət alıb”.
Qeyd edək ki, bu ilin 11 ayı üçün yollarda ölüm halı ilə açıqlanan statistika 2018-ci ilin bütün dövrü ilə müqayisədə çoxdur. Ötən il ərzində yol qəzaları nəticəsində 722 nəfər dünyasını dəyişib.