Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə noyabrın 22-də saat 13 radələrində qeydə alınıb. Gəncə şəhər sakini 1987-ci il təvəllüdlü Məhərrəmov Samir Yunis oğlu idarə etdiyi “Vaz-2107” markalı avtomobillə yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Paşayev Murad Əli oğlunu vurub. Hadisə nəticəsində piyada xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Ancaq həkimlərin səylərinə baxmayaraq Paşayev Murad Əli oğlu müalicə aldığı Abbas Səhhət adına xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.