Gəncədə itkin düşən şəxslər axtarılır.
Lent.az xəbər verir ki, şəhərin Ü.Hacıbəyov küçəsində yaşayan Ələkbərov İlqar Böyükkişi oğlu Kəpəz Rayon Polis İdarəsinə itkin düşmə ilə bağlı müraciət edib. O, oğlu, 18 yaşlı Ələkbərov Şahlar İlqar oğlunun dekabrın 16-da evdən çıxıb naməlum istiqamətdə getdiyini bildirib.
Digər itkin düşmə hadisəsi isə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan, ailəli olan 21 yaşlı Qurbanova Nərgiz Sadiq qızı dekabrın 15-də, saat 16 radələrində evdən çıxıb bir daha geri qayıtmayıb. Bu barədə onun anası, Beylqəan rayon Şahsevən kənd sakini Məmmədova Raygül Şəmistan qızı Kəpəz Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.
Hər iki faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.