Bakıda qaraçı uşaqlar tanınmış futbolçunu qarət etdilər
21 dekabr 2019 12:00 (UTC +04:00)

Bakıda qaraçı uşaqlar tanınmış futbolçunu qarət etdilər

Dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mfo Kqasvane "Zirə" futbol klubunun oyunçusudur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043

Oxşar yazılar