Bakıda qadın narkotacir yaxalandı
20 dekabr 2019 13:54 (UTC +04:00)

Bakıda qadın narkotacir yaxalandı

Paytaxt sakinindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Kərimova saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 333 qramdan artıq tiryək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081

Oxşar yazılar