Bakıda narkotika ticarəti ilə məşğul olan CİNAYƏTKAR DƏSTƏ ələ keçdi - Biri yaşlı qadındır
25 noyabr 2019 12:00 (UTC +04:00)

Bakıda narkotika ticarəti ilə məşğul olan CİNAYƏTKAR DƏSTƏ ələ keçdi - Biri yaşlı qadındır

Bakıda içərisində qadın narkotacir də olan daha bir narkoşəbəkənin üzvləri həbs edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha bir narkoşəbəkənin üzvlərini həbs ediliblər. Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəlcə qəsəbə sakini Solmaz Salmanova saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılanda 13,141 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, Solmaz Salmanova tutulana qədər yaşadığı qəsəbə ərazisində narkotik vasitələrin satışı ilə məşğul olub. O, ifadəsində heroini Şövqi və Nicat adlı şəxslərdən aldığını bildirib.

Baş İdarə əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək narkoşəbəkinin digər üzvlərini - dəstənin başçısı Rusiya  vətəndaşı Şövqi Babayev və onun yaxın qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev də tutublar. Nicat Quliyev saxlanılan zaman onun üzərindən 21,699 qram narkotik vasitə heroin aşkar edilib. Şövqi Babayevin üzərində şəxsi axtarış aparılan zaman isə külli miqdarda 107,806 qram heroin, 101,501 qram qurudulmuş marixuana, 39,855 qram psixotrop maddə metamfetamin və 1 ədəd elekron tərəzi aşkar edilərək götürülüb.

İstintaq zamanı müəyyən edilib ki, Şövqi Babayev əldə etdiyi narkotik vasitələrin satışını Solmaz Salmanov və Nicat Quliyev vasitəsilə təşkil edib. Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirlərii seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1730

Oxşar yazılar