Dünən Yasamal rayonunda iki nəfər itkin düşüb.
Lent.az-ın məlumatına görə, Ə.Cavad küçəsində yaşayan 25 yaşlı Məmmədov Cavad Əziz oğlu saat 23 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb.
Digər itkin düşmə hadisəsi 1-ci Alatava adlanan ərazidə qeydə alınıb. 40 yaşlı İbrahimov Nemət Xudbətdin oğlu yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Hər iki faktla bağlı Yasamal rayonu Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılır.