Bakıda əcnəbinin pulunu oğurlayan şəxs saxlanılıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 20-də saat 3 radələrində Yasamal rayonu, Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımovu şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları saxlayaraq Yasamal Polis İdarəsinə təhvil verib.
Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 Birləşmiş Ərəb Əmirlikləri realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib.