Daxili İşlər Nazirliyi dünən respublika ərazisində qeydə alınan criminal hadisələrin statistikasını açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 9 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- 2200 metr yüksəklikdə yerləşən Gömür kəndinə səyahət -VİDEO
- Bakıya aramsız yağış, rayonlara güclü qar yağacaq - Sabahın HAVASI
- Şaxtalı hava ilə bağlı XƏBƏRDARLIQ
Respublikanın avtomobil yollarında baş verən 5 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.