Azyaşlılara siqaret satanlar cərimələndi
21 dekabr 2019 17:53 (UTC +04:00)

Azyaşlılara siqaret satanlar cərimələndi

Uşaqlara siqaret satan satıcılara protokol tərtib edilib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, dekabrın 17 və 20-də Baş İctimai Təhlükəsizlik İdarəsi, Nərimanov və Nizami Rayon Polis İdarəsi əməkdaşları rayon ərazisində reyd keçiriblər. Nəticədə 4 marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – R.Məmmədov, Ə.Qasımov, M.Cəfərov və M.Salmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019

Oxşar yazılar