Hadisəni törədən şəxs saxlanılıb.
DİN Bərdə Regional qrupundan Lent.az-a verilən məlumata görə, oğlunu bıçaqlayan 1968-ci il təvəllüdlü Müşfiq İsmayılov Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
saat: 17:16
Zərdabda ata oğlunu bıçaqlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb. Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.