Azərbaycanda bir günə 30 cinayətkar saxlanıldı
21 dekabr 2019 12:01 (UTC +04:00)

Azərbaycanda bir günə 30 cinayətkar saxlanıldı

Daxili İşlər Nazirliyi ötən gün ərzində ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin edilib.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar