Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 16 cinayətin üstünü “isti izlər”lə açıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.