Azərbaycanda 47 vəzifəli şəxs məsuliyyətə cəlb edilib - SƏBƏB
15 yanvar 2020 10:29 (UTC +04:00)

Azərbaycanda 47 vəzifəli şəxs məsuliyyətə cəlb edilib - SƏBƏB

“Baş İdarə tərəfindən vətəndaşların 8447 müraciətinə baxılıb, həmçinin 317 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 231-i (72.90 faiz) üzrə cinayət işi başlanıb, 86 (27.10 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilib”.

Lent.az xəbər verir ki, bu haqda Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun bildirdiyinə görə, hesabat dövründə “161-Qaynar xətt” əlaqə mərkəzinə yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib.

“19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”, - K. Əliyev vurğulayıb.

Onun bildirdiyinə görə, idarəyə korrupsiya ilə bağlı ən çox müraciətlər Bakı və Gəncə şəhərlərindən daxil olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29