Sabunçu rayon Polis İdarəsi əvvəllər məhkum olunmuş şəxsi saxlayıb.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbəsində yaşayan, əvvəllər Cinayət Məcəlləsinin 306-cı maddəsi lə məhkum olunmuş 45 yaşlı İ.Ələsgərovu saxlayıblar. Onun üzərindən 216 qram, evindən isə 292 qram heroin aşkar edilib.
Saxlanılan şəxsin Yasamal rayon Polis İdarəsində axtarışda olduğu bildirilir.