Ana 10 aylıq körpəsi ilə birgə yoxa çıxdı
18 dekabr 2019 13:49 (UTC +04:00)

Ana 10 aylıq körpəsi ilə birgə yoxa çıxdı

Bərdədə ana 10 aylıq körpəsi ilə birgə itkin düşüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 25-də günorta saatlarında qeydə alınıb. İmamqulubəyli kənd sakini, 3 uşaq anası olan 26 yaşlı Xalidə Məmmədova bilinməyən səbəbdən iki azyaşlı uşağını evdə qoyaraq digər körpəsi ilə birgə yoxa çıxıb. Məlumata görə, həmin gün gəlinin qayınana və qayınatası qonşu kənddə yas mərasimində olublar. Onlar evə qayıdanda Xalidə Məmmədova və 10 aylıq nəvələrinin evdə olmadığını görüblər. Axtarışların bir nəticəsi olmadığını görən Məmmədovlar ailəsi polisə müraciət edib.

Gəlinin hansı səbəblə və hara getdiyi hələ də bilinmir. Bundan əlavə, qayınana və qayınata nikahın pozulması üçün Bərdə rayon Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı "trend" verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1261

Oxşar yazılar