74 yaşlı kişi piyadanı vurub öldürdü
21 sentyabr 2022 11:57 (UTC +04:00)

74 yaşlı kişi piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. 74 yaşlı Məlikov Məmmədağa Məhəmməd oğlu idarə etdiyi "VAZ-21070" markalı avtomobillə yolu keçən piyada 56 yaşlı Sadiqov Salman Məhəmməd oğlunu vurub. Piyada aldığı xəsarətlərdən yaşadığı evdə ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 1641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar