Zaqatalada xəstəxanada ölüm hadisəsi olub.
DİN mətbuat xidmətinin Şəki Regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alan Bəhmətli kənd sakini 35 yaşlı Vüsal Məmməd oğlu Şirinov ötən gecə dünyasını dəyişib.
Qeyd edək ki, Vüsal Şirinov dekabrın 16-da qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.