Bakıda qətl törədən qadın tutuldu
04 avqust 2012 11:13 (UTC +04:00)

Bakıda qətl törədən qadın tutuldu

Bir müddət əvvəl qətl törətdiyi üçün axtarışda verilən qadın həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 28-i sat 18:30 radələrində, Bakıxanov qəsəbəsi R. Qəmbərov küçəsində yerləşən Gülüstan bağında çürüməyə məruz qalmış, qarın nahiyəsində beş bıçaq xəsarəti olan 35-40 yaşlarında kişi meyiti aşkar olunub. Araşdırmalar zamanı qətlə yetirilmiş şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qonza Vladimir Viktiroviç olduğu müəyyənləşib. Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini Karqina Yelena Aleksandrovna avqustun 3-də saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.
# 549

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19