Yasamalda evin hamamında partlayış
25 iyul 2012 17:01 (UTC +04:00)

Yasamalda evin hamamında partlayış

Bu gün Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli üçotaqlı evin hamamında partlayış baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1 kv.m sahədə pəncərə çərçivəsi yanıb, ev sakini xəsarət alıb və xəstəxanaya aparılıb.

Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa propan qaz balonunda yaranmış sızma səbəb olub.
# 642

Oxşar yazılar