Yanğını söndürməyə vertolyot qaldırıldı - VİDEO
Bu gün Heydər Əliyev Mərkəzində yanğın başlayıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.
İlkin məlumata görə, yanğın saat 11:30 radələrində mərkəzin qüllələrindən birində başlayıb və ətrafa yayılıb. Külək yanğının böyük əraziyə yayılmasına səbəb olub. Hazırda həmin qüllədə alovun ram edilməsinə çalışılır.
Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, mərkəzdən qalxan qatı tüstü Heydər Əliyev prospekti boyunca və Cavanşir körpüsünədək yayılıb. Ətrafı duman kimi bürüyən tüstü səbəbindən görünüş məhdudlaşıb və nəfəs almaq çətinləşib. Ərazidə böyük avtomobil tıxacı yaranıb. Hazırda olay yerinə 50-dək yanğınsöndürən maşın cəlb olunub. Yanğının xüsusi vertolyotlar vasitəsilə söndürülməsinə cəhd edilir.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın APA-ya verdiyi məlumata görə, hadisı yerinə 5 təcili tibbi yardım briqadası göndərilib. Hələlik yanğınla əlaqədar hər hansı şəxsin xəsarət almasına dair müraciət daxil olmayıb. Stansiyadan bildiriblər ki, tüstüdən boğulma hadisələrinin baş vermə ehtimalı olduğundan briqadalar hadisə yerində fəaliyyətini davam etdirilir.
Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Bakı şəhər prokuroru Əziz Seyidov hadisə yerindədir.

Oxşar yazılar

İnsanda ət milçəyi sürfələri ilə ilk yoluxma halı aşkar edildi
25 avqust 2025 , 03:51
İdmançı Bosfor boğazını keçərkən yoxa çıxdı
25 avqust 2025 , 01:33
Ucarda ağır qəza - Minik avtomobili "KamAZ"a çırpıldı
25 avqust 2025 , 00:48
Gəncədə 29 yaşlı oğlanı bıçaqladılar
25 avqust 2025 , 00:13
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir - YENİLƏNİB -VİDEO
24 avqust 2025 , 23:15
72 yaşlı kişi dənizdə boğulub öldü
24 avqust 2025 , 21:41
İsmayıllıda dağlıq ərazidə yanğın olub
24 avqust 2025 , 20:58