Sumqayıtdakı silahlı insidentdə 1 nəfər yaralanıb - TƏFƏRRÜAT
Aprelin 8-nə keçən gecə Sumqayıt şəhəri, 18-ci mikrorayonda baş verən silahlı insidentin təfərrüatları məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları “Aylı gecə” restoranının yaxınlığında yerləşən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin olduğu 5 mərtəbəli binanı dövrəyə alıb. Daha sonra həmin binada olan 10-a yaxın mənzildə axtarış aparılıb və şübhəli şəxslər saxlanılıb. Sonuncu axtarış aparılan mənzildən çıxan şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Sonra isə maşına minərək, qaçıblar. Bu zaman həmin maşın bir əməkdaşı vurub. O, yüngül xəsarət alıb.
İnsident zamanı ölən olduğu barədə məlumat hələlik təsdiqini tapmayıb.
Əməliyyat uğurla başa çatdırılıb və şübhəli şəxslərin hamısı saxlanılıb. Atəş açan, həmçinin avtomobillə MTN əməkdaşını vuran şəxslər də sonradan tutulub. Onların istifadə etdiyi silah götürülüb.
Qeyd edək ki, Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev Lent.az-a dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləsə də, ətraflı məlumat verə bilməyəcəyini bildirdi.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA

Oxşar yazılar

Novxanıda FACİƏ: 2 nəfər dənizdə batdı - YENİLƏNİB
28 iyul 2025 , 09:51
"Moyka"da FACİƏ: maşın yuyanda "tok" vurub öldürdü
28 iyul 2025 , 09:15
Yevlaxda zəlzələ baş verdi
27 iyul 2025 , 23:15
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47