Qəzaya uğrayan təyyarənin ekipaj üzvləri: “Təkərlər açılmadı...” - YENİLƏNİB
Bu gün Kürdəmirdə baş vermiş təyyarə qəzasının ilkin səbəbi açıqlanıb. Kürdəmir rayon Polis Şöbəsinin hadisə yerində olan əməkdaşlarının Lent.az-a verdiyi məlumata görə, təyyarədən katapult edən ekipaj üzvləri ilkin ifadələrində bildiriblər ki, təyyarə Sor-Sor kəndi yaxınlığında enmə zolağına yaxınlaşarkən təkərlər açılmayıb. Ekipaj üzvləri bu barədə idarəetmə məntəqəsinə məlumat veriblər. Sonradan bir neçə dəfə enməyə cəhd olunsa da, yenə təkərlər açılmayıb. Ekipaj üzvləri bu cədhləri təyyarənin yanacağı tam bitənədək davam etdiriblər. Lakin nəticənin olmadığını gördükdən sonra katapult etməyə məcbur olublar.
Təyyarə yerə çırpılıb və gövdəsi torpağa girib.
Təyyarənin pilotlarının adları da məlum olub. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bunlar Hərbi Hava Qüvvələrinin zabitləri - polkovnik-leytenant Zaur Yusifli və kapitan Xəyyam Şükürovdur.
Qeyd edək ki, hadisə bu gün saat 17:30 radələrində baş verib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Lakin təyyarənin qalıqları tüstüləndiyindən hələlik ona yaxın düşmək çətindir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O, hazırda hadisə yerində olduğunu deyib, təyyarədə olan hər iki ekipaj üzvünün xilas olduğunu bildirib: “Xoşbəxtlikdən qəza nəticəsində ölən və xəsarət alan yoxdur”.
E. Sabiroğlu hadisə barədə geniş açıqlama veriləcəyini deyib.
Nizam Rza

Oxşar yazılar

Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Sumqayıtda FACİƏ: İki nəfər dənizdə boğuldu-VİDEO
27 iyul 2025 , 20:21
Çimərliklərdə asayişin qorunması ilə bağlı tədbirlər davam edir -FOTOLENT -VİDEO
27 iyul 2025 , 17:05
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47