Füzulidə mülki şəxs minaya düşüb
Azərbaycanın Füzuli rayonun sakini minaya düşüb.
Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Əhmədalılar kənd sakini, 1968-ci il təvəllüdlü Məhərrəmov Cəfər Məhərrəm oğlu Füzuli rayonunun Qaraxanbəyli kəndində, hərbiçilərin nəzarətində olan ərazidə traktorla yer şumlayarkən tank əleyhinə minaya düşərək qarın nahiyəsindən və qolundan yüngül xəsarət alıb. Hadisə dünən saat 23.00 radələrində qeydə alınıb. Qeyd olunub ki, agentlik tərəfindən dəfələrlə həmin ərazilərin təhlükəli olduğu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin ərazilərdə kənd təsərrüfatı işlərinin aparılması davam etdirilir.

Oxşar yazılar

Gəncədə 41 yaşlı qadın bıçaqlandı
22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16