Zakir Nəsirov: “Həbsxanada ölmək istəmirəm”
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ömürlük məhbuslarla görüşüb.
Bu barədə APA-ya məlumat verən komitə sədri bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustandakı Həbsxanasında olduğunu qeyd edib. E.Behbudov orada saxlanılan bir çox məhkumla, həmçinin Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovla görüşdüyünü bildirib: “Zakir Nəsirov dedi ki, mən həmişə cənab prezidentə sadiq olmuşam. Bu gün də sadiqəm. Ömrümün bu çağında həbsxanada deyil, ailəmin əhatəsində dünyadan köçmək istəyirəm”.
Həbsxanada heç bir məhbusun aclıq keçirmədiyini vurğulayan E.Behbudov ömürlük cəzaya məhkum edilənlərdən Elçin Əmiraslanov və Vaqif Hüseynovun xəstə olduğunu, bir neçəsinin isə əfv olunmaq üçün ölkə başçısına müraciət ünvanladığını bildirib: “Məhbusların xahişini nəzərə alaraq mən cənab prezident İlham Əliyevə müraciət edəcəm”.

Oxşar yazılar

Gəncədə 41 yaşlı qadın bıçaqlandı
22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16