Gəncədə 16 yaşlı gəlin yoxa çıxıb
13 avqust 2009 13:30 (UTC +04:00)

Gəncədə 16 yaşlı gəlin yoxa çıxıb

Bu barədə polisə onun 19 yaşlı əri xəbər verib

Avqustun 12-də Gəncə sakini, 1990-cı il təvəllüdlü Tərlan Abramov şəhər Polis İdarəsinə müraciət edərək, həyat yoldaşının evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. Gəncə şəhər Polis İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, bir neçə gündür itkin olan 1993-cü il təvəllüdlü Əsgərova Fəridə Rauf qızının axtarışına başlanıb.

Bir müddət əvvəl itkin düşmüş 16 yaşlı oğlan isə Gəncə polisinin axtarışları nəticəsində tapılıb. Ötən aydan haqqında heç bir məlumat olmayan Həsənəliyev Əkbər Gündüz oğlu Gəncə ərazisində tapılaraq, ailəsinə təhvil verilib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar