Sulutəpədəki qarşıdurmaya görə daha 4 nəfər saxlanıldı
Yaralanan polislərin hamısı evə buraxılıb
Azərbaycan paytaxtında mülkü şəxslərlə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları və polis arasında baş vermiş kütləvi iğtişaşla əlaqədar daha dörd nəfər saxlanılıb.
Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, baş vermiş hadisə ilə əlaqədar xeyli sayda sakin istintaqa çağırılaraq dindirilib.
Bilavasitə həmin iğtişaşlarda iştirak edən daha 4 nəfər – 1989-cu il təvəllüdlü Məhəmməd Oruc oğlu Loğmanov, 1956-cı il təvəllüdlü Qabil Adil oğlu Abdullayev, 1989-cu il təvəllüdlü Ramil Musa oğlu Kərimov və 1981-ci il təvəllüdlü Asif Abbas oğlu Abbasov tutularaq istintaqa təhvil veriliblər.
Bundan bir neçə gün əvvəl isə iğtişaşların iştirakçıları olan 3 nəfər – Bakı şəhər sakinləri, 1972-ci il təvəllüdlü Qurban Qasım oğlu Xudiyev, 1965-ci il təvəllüdlü Mayis Əmirağa oğlu Muxtarov və 1983-cü il təvəllüdlü Elçin Ənvər oğlu Həsənov saxlanılıblar. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.
Binəqədi rayon Polis İdarəsindən həmçinin bildirilib ki, hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarının hamısı evə buraxılıb.
Qeyd edək ki, avqustun 5-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində, Hökməli kəndi yaxınlığında ARDNŞ-nin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək daş və digər əşyalarla onlara xəsarət yetiriblər.
Nəticədə ARDNŞ-in işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 222-2.1-ci (Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti işləri aparma), 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

Oxşar yazılar

Gəncədə 41 yaşlı qadın bıçaqlandı
22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16