Ana əkiz körpələrini amansızlıqla qətlə yetirib
Onlardan birini doğulan kimi boğub, digərini ana bətnində yumruqlayaraq öldürüb
Almaniyada dəhşətli qətl törədilib.
21 yaşlı qadın iki körpəsini amansızlıqla qətlə yetirib. Lent.az-ın məlumatına görə, hadisə bu ilin martında baş verib. 21 yaşlı Fransiska S.-nin məhkəməsi başlayıb. Pedaqoji Universitetin tələbəsi olan Fransiska istəmədiyi halda hamilə qalıb.
Martın 24-də doğuş sancısı başlayan qadın uşağını evdə doğmağa qərar verib. O, hamamda vannaya oturaraq ilk övladını dünyaya gətirib. Uşaq ana bətnindən çıxan kimi qatil ana onu əlləri ilə boğaraq öldürüb, cəsədini isə yastıq üzünün içinə salıb.
Ancaq doğuş sancıları davam edib. Fransiska qarnında əkiz uşaq olduğunu anlayıb. Qadın onun doğulmasına aman vermədən elə qarnındaca öldürmək istəyib. Bu məqsədlə qarnını yumruqlayıb.
Ağrı get-gedə şiddətlənib və Fransiska buna tab gətirməyərək qışqırmağa başlayıb. Səsə yuxudan ayılan atası təcili tibbi yardıma zəng edib və qızını xəstəxanaya aparıblar. Xəstəxanaya çatanda qadının bətnindəki körpənin öldüyü müəyyənləşib.
İndi alman ictimaiyyəti məhkəmənin qadına hansı cəza verəcəyini gözləyir.

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16