Rail Rzayevin qətlinin istintaqından daha bir yenilik
Həbs edilmiş daha bir yüksək rütbəli hərbçi azadlığa çıxıb
Azərbaycan müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı həbs edilən yüksək rütbəli hərbçilərdən daha biri həbsdən azad edilib.
Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən məlumat verilib.
Məlumata görə, generalın qətlindən bir müddət sonra istintaqa cəlb edilərək məhkəmənin hökmü ilə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilən R. Rzayevin Hərbi Hava Qüvvələrində çalışan yaxın qohumu, polkovnik-leytenant Fuad Vasif oğlu Ağarzayev həbsdən azad olunub. Onun hazırda vəzifəsinin icrasını davam etdirdiyi bildirilir.
Xatırdaq ki, bir müddət əvvəl Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Tibb Xidməti rəisi, polkovnik-leytenant Natiq İbayev və Hərbi Hava Qüvvələrinin digər zabiti, kapitan Ramin Nağıyev Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbsdən azad ediliblər. Adıçəkilən hərbiçilərin həbsdən azad edildikdən sonra da vəzifələrinin icrasını davam etdirdiyi bildirilir.
Qeyd edək ki, R. Rzayev fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan bir atəşlə qətlə yetirilib. Qətllə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən CM-in 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16