Masallıda qardaş bacısını qətlə yetirdi
10 avqust 2009 16:00 (UTC +04:00)

Masallıda qardaş bacısını qətlə yetirdi

Azərbaycanın Masallı rayonunda qətl hadisəsi baş verib. Bu barədə APA-ya Masallı rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, Masallı şəhəri, Rəfael Abbasov, 45 ünvanında yaşayan 27 yaşlı Səadət Tehran qızı Rəsulovanın çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş meyiti tapılıb. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində onun 22 yaşlı qardaşı Saleh Rəsulov saxlanılıb. S. Rəsulov istintaqa verdiyi ifadədə bacısını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

S. Rəsulovanın 2 uşaq anası olduğu, həyat yoldaşından ayrıldığı bildirilib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar