Qamət Süleymanov məhkəmədə ifadə verdi
O, “Meşə qardaşları” ilə aralarında dini baxımdan problem olduğunu deyib
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə “Nərimanov rayon dindarları” dini icmasının sədri Hacı Qamət Süleymanov zərərçəkən qismində ifadə verib. O, təqsirləndirilən şəxsləri tanımadığını və onlarla heç zaman təmasda olmadığını bəyan edib: “Mən bunları tanımıram. Onlarla bizim aramızda dini problemlər var. Mən onlardan fərqli olaraq, belə düşünürəm ki, əgər bir müsəlman kiməsə yaxşılıq etmək istəyirsə, bu niyyətini şəriətə uyğun həyata keçirməlidir”.
Hər zaman terrora qarşı olduğunu vurğulayan Q. Süleymanov cihadın da şəriətə uyğun həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.
Proses davam etdiriləcək.
Qeyd edək ki, sözügedən mütəşəkkil dəstə “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə və bir sıra ağır cinayətlərdə ittiham olunurlar. İttihama görə, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər. Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Hadisə ilə bağlı aparılan ibtidai istintaq zamanı 26 nəfər saxlanılıb, onlar barəsində cinayət işi başlanıb.

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16