Bakıda qardaş bacısını qətlə yetirdi
21 yaşlı Elşən Hüseynov polisə könüllü təslim olub
Azərbaycan paytaxtında qardaş bacısını qətlə yetirib. Bu barədə APA-ya Qaradağ rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə ötən gecə rayonun Qızıldaş qəsəbəsində baş verib. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elşən Mətləb oğlu Hüseynov bacısı, 1985-ci il təvəllüdlü İradə Hüseynovanı bıçaqlayıb. Bir neçə ağır bıçaq zərbəsi alan İ.Hüseynova aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. E. Hüseynov isə bacısını öldürdükdən sonra polisə könüllü təslim olub. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16