
Salyanda yol qəzası: 2 ölü, 4 yaralı
Azərbaycanın Salyan rayonunda baş verən avtomobil qəzalarında 2 nəfər ölüb, 4 nəfər yaralanıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Salyan rayon sakini 1982-ci il təvəllüdlü Bağırov Rəşad Nurəddin oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10 GD 765 dövlət nömrə nişanlı avtomobillə Salyan rayon Yenikənd kənd sakini, 1950-ci il təvəllüdlü Əliyeva Ağgül Salman qızını yolu keçərkən vurub. Nəticədə A. Əliyeva aldığı kəllə-beyin travmasından hadisə yerində dünyasını dəyişib. Sürücü isə hadisədən koma vəziyyətinə düşərək xəstəxanaya yerləşdirilib. Digər hadisə isə Salyan rayonunun Xələc kəndi ərazisindən keçən Ələt-Astara yolunun 40.5-ci kilometrliyində baş verib. Salyan rayon sakini Rzayev Elşən Seyidağa oğlunun idarə etdiyi “Mersedes-Bens” markalı, 90 ET 080 dövlət nömrə nişanlı avtomobillə Bakı sakini Məmmədov Anar Sahibyar oğlunun idarə etdiyi “Hyundai” markalı, 90 UJ 976 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə sürücülər və “Mersedes” markalı avtomobilin sərnişinləri - Məmmədova Günül Nəzir qızı və onun 1 yaşlı oğlu Məmmədov İlkin Anar oğlu ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin Məmmədov aldığı kəllə-beyin travmasından xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16