“Yaxşı Qərb”in çəkiliş qrupunun itən üzvünün meyiti tapıldı
07 avqust 2009 11:45 (UTC +04:00)

“Yaxşı Qərb”in çəkiliş qrupunun itən üzvünün meyiti tapıldı

Türkiyənin tanınmış aktyoru və şoumeni Cem Yılmazın baş rolda çəkildiyi “Yahşi Batı” (“Yaxşı Qərb”) filminin çəkilişi zamanı itkin düşən şəxsin cəsədi tapılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, atlara qulluq edən Ramazan Əsər dünən axşam saatlarında atlardan biri ilə gəzməyə çıxıb. Ancaq bir neçə saat keçsə də, o, geri dönməyib. Onun meyiti meşədə bataqlıqdan tapılıb.
Hələlik ölümün səbəbi bilinmir.

Qeyd edək ki, filmin çəkilişi dünəndən dayanıb.
# 429

Oxşar yazılar