Bakıda oğlu anasını bıçaqlayıb öldürdü
06 avqust 2009 15:00 (UTC +04:00)

Bakıda oğlu anasını bıçaqlayıb öldürdü

Bakıda oğlu tərəfindən bıçaqlanan 69 yaşlı qadın dünyasını dəyişib.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Qeyd edək ki, hadisə ötən gün rayonun Əmircan qəsəbəsi, H. Zərdabi küçəsində baş verib. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Novotorjin Vladislav İvanoviç anası, 1940-cı il təvəllüdlü Novotorjina Valentina İvanovnanı bıçaqlayıb. V. Novotorjina xəstəxanaya çatdırılsa da, aldığı bıçaq xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.


Hadisəni törədən V. Novotorjin isə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. Qətlin baş vermə səbəbləri barədə hələlik heç bir məlumat verilməyib. V. Novotorjin hadisəni sərxoş vəziyyətdə törətdiyi açıqlayıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
# 605

Oxşar yazılar