Bakıda narkotiklə saxlanılan litvalı idmançı çıxdı
06 avqust 2009 11:00 (UTC +04:00)

Bakıda narkotiklə saxlanılan litvalı idmançı çıxdı

Mayın 27-də Bakıdakı “Empire” mehmanxanasında Pakistan vətəndaşı Zaur Əhməd Xandan 7 kq narkotik maddə qəbul etdiyi vaxt saxlanılan Litva vətəndaşı Tomas Turskisin idmançı olduğu müəyyənləşib.

Lent.az-ın www.kurier.lt”yə istinadən verdiyi məlumata görə, Turskis yüngül atletikanın hündürlüyə tullanma növü ilə məşğul olub.

Klaypeda şəhərindən olan atlet barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Azərbaycan gömrükçüləri əmindirlər ki, 2 saxlanılan və daha 3 şübhəli şəxs narkotik qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq qruplaşmanın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar