Falçıları evinizə buraxmayın!
05 avqust 2009 15:30 (UTC +04:00)

Falçıları evinizə buraxmayın!

Fala baxmaq adı ilə evlərə daxil olan qadın xeyli qiymətli əşya oğurlayıb



İyunun 18-də saat 13:30 radələrində 30-35 yaşlarında naməlum qadın Şüvalan qəsəbəsində 1984-cü il təvəllüdlü Mustafayeva Lamiyə Firdovski qızının evinə fala baxmaq adı ilə daxil olaraq oradan mobil telefon və qızıl-zinət əşyalarını götürməklə dələduzluq edib.

Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Əzizbəyov RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Mustafayeva qarşı dələduzluq etmiş Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Abidova Gülnar Şakir qızı avqustun 3-də tutulub.

Araşdırmalar nəticəsində məlum olub ki, G.Abidova Buzovna qəsəbəsində 1971-ci il təvəllüdlü Yusifova Bahar Əsəd qızının evinə nəzir pulu yığmaq adı ilə daxil olaraq oradan qızıl-zinət əşyaları oğurlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar