Ağstafanı sel basdı: 1 ölü, 2 yaralı
04 avqust 2009 17:15 (UTC +04:00)

Ağstafanı sel basdı: 1 ölü, 2 yaralı

Sel yolları sıradan çıxarıb, mal-qaranı tələf edib

Bu gün Ağstğafada güclü yağışların yaratdığı sel rayon mərkəzi və Dağkəsəmən kəndinə ciddi ziyan vurub. Sel yolları sıradan çıxarıb, mal-qaranı tələf edib. Evlər su altında qalıb. Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, Dağkəsəmən kəndində 62 yaşlı qadın su axınında boğulub, 2 nəfər isə ağır xəsarət alıb.

Hazırda dəyən zərərin miqyası dəqiqləşdirilir.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar