Kür çayı üzərindəki körpü yenə uçdu
Şirvan zonasından Bakıya və əks istiqamətə gediş-gəliş kəsilib
Təxminən bir saat əvvəl Sabirabad və Şirvan şəhərini birləşdirən yeganə avtomobil körpüsü uçub. Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 8-ci kilometrində yerləşən və Kür çayının üzərindən keçən körpüdə nəqliyyatın hərəkəti tam şəkildə dayandırılıb.
Lent.az-ın məlumatına görə, körpünün uçmasına səbəb yolötürücünün bir hissəsində böyük dəliklərin əmələ gəlməsidir. Hazırda Şirvan zonasında Bakıya və əks istiqamətə hərəkət mümkünsüzdür. Təxminən yarım saat əvvəl körpüdə bərpa işlərinə başlansa da, yolötürücüsündə hərəkətin nə vaxt bərpa olunacağı bəlli deyil.
Xatırladaq ki, 1962-ci ildə inşa edilmiş körpü ötən ilin avqustunda da qəza vəziyyətinə düşmüşdü. Belə ki, dəmir-beton aşırımlardan biri yük daşıyan avtomobillərin ağırlığına dözməyərək sınmışdı. Maraqlıdır ki, son bir ildə həmin körpüdə analoji hadisələr dəfələrlə baş verib. Nəqliyyat Nazirliyi bunu körpünün dəmir-beton konstruksiyasının köhnəlməsi ilə izah edir. Hazırda nazirliyinin mütəxəssisləri 48 il əvvəl inşa edilmiş körpünün əvəzində yeni yol ötürücüsünün tikilib-tikilməyəcəyi ilə bağlı araşdırmalar aparır.
Elxan SALAHOV

Oxşar yazılar

"Koroğlu” körpüsündə QƏZA: böyük tıxac yarandı
21 iyul 2025 , 10:47
UNEC-in tələbəsi qəfil öldü
21 iyul 2025 , 10:44Narkotik çəkib müştəri daşıyan taksi sürücüsü TUTULDU
21 iyul 2025 , 10:15
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
21 iyul 2025 , 10:10
Qazaxda piyadanı maşın vurub öldürdü
21 iyul 2025 , 10:06
Bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün komissiya yaradıldı
21 iyul 2025 , 09:53
İki qardaş balığa getdi, biri öldü - MASALLIDA FACİƏ
21 iyul 2025 , 09:21