1 milyon dollarlıq yaxta dənizdə batdı
İlk səfərinə çıxan yaxtada 8 nəfər olub
Antalyada qiyməti 1 milyon dollar olan yaxta səfərə çıxdığı ilk gün dənizdə batıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən Antalyada “Prenses Doğa” adlı lüks yaxtanın kapitanı Kadir Çelikbaş həyat yoldaşı və 6 qohumu ilə birlikdə dənizə çıxıb.
20 dəqiqə sonra dənizə ilk dəfə çıxan yaxtanın mühərrik hissəsindən su sızmağa başlayıb. Kapitan K.Çelikbaş dəniz polisindən yardım istəyib. Ətrafdakı yaxtalar da köməyə gəliblər.
Sahil təhlükəsizlik qüvvələri kapitanı, onun həyat yoldaşı Mehtap Çelikbaşı, qohumları Süleyman Karakaya, Ali Gök, Tuncay Durak, Ahmet Karakaya, Süleyman Karakaya və Nur Karakayanı xilas ediblər.
Ancaq sahil təhlükəsizlik qüvvələrinin yaxtasının yedəyinə alınan “Prenses Doğa” yaxtasını sahilə, limanına qədər gətirmək mümkün olmayıb və nəticədə milyonluq yaxta sulara gömülüb. Yaxtanın batması anı saniyə-saniyə kameralar tərəfindən qeydə alınıb.

Oxşar yazılar

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
19 iyul 2025 , 15:27