İraq səfirliyində baş verən yanğın söndürüldü
Bu ölkənin Azərbaycandakı səfirliyində baş verən yanğının səbəbləri açıqlanıb
Bu gün saat 17.00-da İraqın Azərbaycandakı səfirliyində baş verən yanğına elektrik xətlərində qısa qapanma səbəb olub.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının söndürülməsi üçün hadisə yerinə altı yangınsöndürən maşın cəlb olunub. Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov APA-ya açıqlamasında hadisə zərərçəkən olmadığını deyib. Səfirliyin əməkdaşları binadan evakuasiya olunub, yanğın 17.30 radələrində söndürülüb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qaz istismar idarəsinin və digər dövlət strukturlarının nümayəndələri hadisə yerindədir. Yanğınsöndürənlər alovun Rus Dram Teatrının binasına və qonşuluqdakı digər binalara keçməsinin qarşısı alıblar. Səfirliyin əməkdaşlarının APA-ya verdiyi məlumata görə, yanğın zamanı səfir Ərşad Ömər İsmayıl binada olmayıb. Onlar yanğın nəticəsində binaya müəyyən qədər ziyan dəydiyini deyiblər.

Oxşar yazılar

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
19 iyul 2025 , 15:27