Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən qardaşlara hökm oxunub
Təvəkkül İsmayılov ömürlük, Elnur İsmayılov 6 il , Elçin İsmayılov isə 4 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərə hökm oxunub. Məhkəmənin qərarı ilə Təvəkkül İsmayılov ömürlük, Elnur İsmayılov 6 il , Elçin İsmayılov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ittiham aktında Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunan İsmayılov qardaşlarının ötən ilin avqustunda Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları göstərilib. N. Məcidovanın meyiti keçən il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. R. Məcidovanın meyiti isə indiyədək tapılmayıb.

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05